Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Yeniyetmə cüdoçularımız AÇ-nin ilk günü 6 medal qazanıblar 

Dünən Şimali Makedoniyanın paytaxtı Skopyedə yeniyetmə cüdoçular arasında Avropa çempionatına start verilib. Çempionatın ilk günü Azərbaycan yığması üçün uğurlu başlanğıc olub. Belə ki, start günü tatamiyə çıxan 9 cüdoçumuzdan  6-si medal qazanacaq fəxri kürsüyə qalxmağı bacarıb.

Onlardan Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) üçlüyü bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıb və çempion olub. Yalnız həlledici finalda büdrəyən Nərmin Ağamirzəzadə (48 kq) ikinci yeri tutmaqla gümüş medalla kifayətlənib. Çıxışını üçüncü yerdə bitirən Gülşən Həsənova (44 kq) və Leyla Ələkbərova (48 kq) cütlüyü isə bürünc medal qazanıb.

Çempionat davam edir.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin