Qızlardan ibarət U-15 güləş millimiz AÇ -da 3 medalla 5-ci olub
İtaliyanın Kaorle şəhərində 15 yaşlı güləşçilər arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatında qızların da yarışına yekun vurulub. AGF-dən verilən məlumata görə, komandamız bu yarışı 3 (0-1-2) medal və 82 xalla 5-ci pillədə başa vurub. Bu göstərici isə əvvəlki illərlə müqayisədə yüksək nəticə hesab edilir.
Medallara gəlincə, gümüş medalı son həlledici finalda məğlub olan Simurə Abdullayeva (66 kq), bürünc medalları isə Leyla Əsgərova (39 kq) və Məryəm Əmrəli (54 kq) qazanıb.
İNTİQAM Məmmədov


