Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-20 güləş millimiz AÇ-ya qatılacaq

İyunun 30-dan iyulun 6-dək İtaliyanın Kaorle şəhərində 20 yaşlı (U-20) güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Bir həftə davam edəcək bu çempionatda Azərbaycan hər üç növdə təmsil olunacaq. Yarışın proqramına əsasən ilk olaraq yunan-Romaçılar mübarizəyə qatılacaqlar. Ardından zərif cinsdən olanlar, son günlərdə isə sərbəst güləşçilər döşək üzərinə çıxacaqlar.

Qeyd edək ki, Yunan-Roma üzrə millimiz çempionata böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər - Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında 10 güləşçi ilə qatılacaq.

Baş məşqçisi Toğrul Əsgərov və məşqçisi Rövşən Umudov olan U-20 qadın komandamız çempionatda 5 güləşçi ilə iştirak edəcək.

Sərbəst güləş üzrə yığma komandamız isə yarışa baş məşqçi Atif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 idmançı ilə qatılacaq.

Daha bir təmsilçimiz - birinci dərəcəli beynəlxalq hakim Tural Əliyevsə ədalət qoruyucuları arasında yer alacaq.

Xatırladaq ki, hazırda eyni məkanda 15 yaşlıların analoji yarışı keçirilir.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin