Türkiyədə güləşçilərin turniri davam edir
İyunun 26-da Türkiyənin Kocaeli şəhərində startı verilən və Yaşar Doqu, Vehbi Əmrə və Hamlet Kaplanın xatirəsinə həsr olunan beynəlxalq güləş turniri davam edir. Turnirin ilk iki günü yunan-Romaçılar və qadınlar mübarizə aparıblar. Hər iki yarışda iştirak edən Azərbaycan komandası üçü gümüş və üçü bürünc əyarlı olmaqla 6 medal qazanıb. Medallardan 3-u (0-1-2) qadınların, 3-u (0-2-1) yunan-Romaçıların payına düşüb.
Nihad Quluzadə (61 kq), Məhəmməd Şükürlü (67 kq) və Elnurə Məmmədova (53 kq) gümüş, Laçın Vəliyev (87 kq), Nərgiz Səmədova (53 kq) və Birgül Soltanova (62 kq) isə bürünc medal qazanıb.
Daha iki təmsilçimiz - Esmər Cankurtaran (50 kq) və Gültəkin Şirinova (55 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yeri tutub.
Turnirin qalan iki günündə sərbəst güləşçilər döşək üzərinə çıxaraq medallar uğrunda yarışacaqlar.
İNTİQAM Məmmədov


