Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Bu gün Ramizin əbədiyyət qazandığı gündür

 

AZpressAZ xəbər verir ki; Bu gün 1 ci Qarabağ müharibəsində mayın 8 Şuşa uğrunda döyüşən Bayramov Ramizin şəhid olaraq əbədiyyət qazandığı gündür. 


Azərbaycan tarixən sınaqlar mərhələsində ən böyük sınağı Qarabağla yaşatdı. Torpaq bütövlüyü üçün igid oğullar adını tarixə qazandırdı. Həmin illərdə saysız oğullarımız əsir və itgin düşdü, kimisinində məzarı olmadı. Bu oğullardandır Ramiz o, mayın 8 də döyüşərkən mənfur düşmənə əsir düşür. Hələdə bu günə qədər taleyindən xəbər yoxdur. Amma yaxınlarının təsəlləsi indi Ramiz şəhid olanda doğulan uşaqlar qəhrəmanlığı ilə Şuşanı işğaldan azad etdi. 

Bayramov Ramizin qızı söyləyir ki; “Şuşa mənim üçün çox fərqlidir. Mən oranı heç görməmişəm amma oralı kimi həmişə hiss etmişəm özümü. Çünki, atamın ruhu oralarda dolaşır. Ən böyük təsəllimizsə Şuşa artıq azaddır. Şəhid və qazilərimizə mən şəhid övladı daim borcluyam çünki,onlar qanları-canları ilə atamın qisasını aldılar. İndi onların övladlarıda mənim kimi bu sınağı yaşayır. Hər birinin ailəsinə və balalarına səbr diləyirəm.” 

Xatırladaq ki, Ramiz  Bayramov məşhur neftçi Musa Bayramovun nəticəsidir. Ondan yadigarsa bir qız övladı var.

Best coffeeshop in Berlin