YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Azyaşlının ölümünə səbəb olan məşqçi özünü təqsirli bilmədi
Yeddi yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən məşqçinin ilkin ifadəsi dinlənilib. Mehman Xəlilov özünü günahkar bilmədiyini və uşağın ölümündən təqsirli bilinmədiyini söyləyib. Neçə gündür internetdə bu video ilə qarşılaşırıq. Kifayət qədər həm acılı, həm də qəzəbli videodan aydln görünür ki, idman müəllimi azyaşlılarla sanki böyüklərlə rəftar etdiyi kimi davranır. Əgər həmyaşıdları ilə bu cür hərəkətlər etsəydi normal qarşılanardı. Ama özündən qat-qat kiçik tələbələrə gah "padnoşka" verir, gah zalda sürüyür. Uşaq əlində ölümlə üz-üzə dayansa belə diqqət yetirməyib qaldığı yerdən işinə davam edən bu məşqçi təqsirkardırmı yoxsa günahsızdırmı? Günahkar olduğu aydın şəkildə görüntüdə görünsə də, idman müəllimi bu ittihamları rədd edir.
UMAY


