YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Xəyanət... Bundan sonra nə var?
Deyirlər kişilər qadınlardan daha çox aldadırlar, amma həqiqətən belədirmi? Niyə bəziləri sevgililər rolunu seçirlər və niyə vəfasız ərlər arvadlarını heç vaxt tərk etmirlər? Xəyanət üzündən bir çox münasibətlər pozulur, lakin partnyorunun xəyanətinə illərlə dözməyi seçən, ayrılmağa cəsarət etməyən və hər şeyi düzəltmək üçün güc tapmayanlar da var. Psixoloqlar bu barədə müxtəlif fikirlər səsləndirirlər. Ən ümumi formada xəyanət, etibarın itirilməsinə səbəb olan müqavilələrin pozulmasıdır. Münasibətlərin formatından, tərəfdaşların dəyərlərindən və inanclarından asılı olaraq, bu müqavilələr fərqli ola bilər. Günümüzdə xəyanətin ortalığa çıxmasında evdə saxlanılan tutuquşuların böyük önəmi var. Bu yaxınlarda Vyetnamda belə bir hadisə baş verib. Vyetnamlı qadın ərinin xəyanətini danışan tutuquşu sayəsində öyrənib. Bir gün qadın tutuquşu olan otağa keçib və onun cinsi xarakterli qəribə ifadələr qışqırdığını eşidib. Qadın şübhələrində əsaslı çıxaraq ərinin xəyanətindən xəbərdar olub. Həyat sandığımız qədər asan deyil. Bu həyatda heç kim xəyanətdən sığortalanmayıb. Sevilən birinin olması xoşbəxtlikdir. Xoşbəxt olun ki, bir-birinizin qayğısına qala biləsiz...
DİANA


