Esmira Günəş Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə birlikdə Şabranda möhtəşəm tədbir keçirilib +FOTO=33
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı şairə Esmira Günəşin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tapşırığı və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şairə xanımın növbəti kitab təqdimatı Şabran rayon Mədəniyyət Sarayında baş tutub.
Yüksək peşəkarlıqla hazırlanan tədbirdə hər bir incəliyə qədər düşünülərək həyata keçirilən tədbirdə 250 nəfərdən çox qonaq olub. Tədbirdə şəhid ailələri ilə yanaşı, mədəniyyət işçiləri, müəllimlər, şagirdlər, qiraətçilər, müğənnilər və s. iştirak ediblər. Tədbir Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şairə xanım özü tədbirin aparıcılığını edərək, "Şəhidlərimizi kitablarda yaşadırıq" adlı tədbirinə gələn qonaqları salamlayıb. Bildirib ki, tədbirdə həmçinin Şəhidlərin şəkli yer alan xalçaların sərgisi təşkil olunub. Bir-birindən maraqlı çıxışlar, qiraətçilərin ifasında şairə xanımın şeirlərinin səsləndirilməsi, müğənni Ruslan Əkbərovun şəhidlərə həsr olunmuş musiqisi qonaqlarda xoş təəssüratlar yaradıb. Tədbirin əvvəlində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən bütün qonaqlara Azərbaycan bayrağı hədiyyə olunub. Sonda isə şəhid ailələrinə qızıl gül buketləri təqdim olunub. Şairə Esmira Günəş Şabran rayonunda 1 il ərzində kitab təqdimatı etdiyi mədəniyyət ocaqlarının rəhbərlərinə, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayon üzrə nümayəndəsi Xalidə Əliyevaya, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyevə, Şabran Uşaq Kitabxanasının direktoru Arzu İsayevaya və daima tədbirlərində təmənnasız iştirak edərək, şəhid ailələrinin yanında olan mügənni Ruslan Əkbərova Təşəkkürnamə təqdim edib.
Tədbir xatirə şəkilləri ilə yekunlaşdıqdan sonra şəhid ailələri Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunmuş çay süfrəsinə dəvət olunublar.


