Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Oğlanlardan ibarət U-18 voleybol millimiz EEVZA-nın 1/4 finalında

Latviyanın Çesis şəhərində 18 yaşlı oğlanlar və qızlar arasında çimərlik voleybolu üzrə keçirilən EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) çempionatı davam edir. Turnirdə Azərbaycan da daxil olmaqla 15 oğlan və eyni sayda qız komandası mübarizəyə qatılıb. Azərbaycanı oğlanların yarısında İbrahim Məmmədov/Məhəmməd Aslanlı cütlüyü, qızlar arasında isə Xədicə Hadizadə/Cəmalə Bəşirova dueti təmsil edir. 

Elə qrup mərhələsindəcə məqlub olaraq çıxışını erkən başa vuran  (8-ci yer) qızlar komandamızdan fərqli olaraq, Məmmədov/Aslanlı cütlüyü uğurlu çıxışını davam etdiriir. Qeyd edək ki, qrupda Latviya (2:0) və Estoniyanı (2:0) məğlub edən komandamız pley-offda isə Litvanı 2:1 hesabla udaraq 1/4 finala yüksəlib. Millimiz bu mərhələdə yenidən Latviya ilə qarşılaşacaq. 

Reqlamentə görə, turnirdə ilk üç yeri tutan komandalar Avro-2025-ə vəsiqə qazanacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin