Ağcabədidə polislərin peşə bayramı qeyd olundu +FOTO=58
Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul tarixi Azərbaycan Polisi Günü elan edilib.“Konstitusiya və Suverenlik İli” çərçivəsində bu münasibətlə iyulun 2-də Ağcabədidə tədbir keçirilib.
Azpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Rayon Polis şöbəsinin rəisi Knyaz Həsənov, rayon polis şöbəsinin şəxsi heyəti, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Ağcabədi rayon təşkilatının sədri və hərbi hissə komandirləri iştirak ediblər.
Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Knyaz Həsənov toplantıda iştirak edən şəxsi heyəti salamlayaraq onları polislərin peşə bayramı münasibətilə təbrik edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun təbrik məktubunun məzmunu şəxsi heyətin diqqətinə çatdırılıb.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü, eləcə də “02 iyul – Polislərin Peşə Bayramı Günü” münasibətilə polis işçilərini təbrik edib, onlara bundan sonrakı şərəfli və məsiliyyətli iş fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə bir qrup polis əməkdaşı rayonda ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində fəal xidmətlərinə görəAğcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunublar. Xidməti işlərində fərqlənən polis işçilərinə, eyni zamanda vaxtilə polis sıralarında, hazırda isə təqaüddə olan polis veteranlarınada hədiyyələr verilib.
Daha sonra masir, müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin abidəsi tədbir iştirakçıları tərəfindən ehtiramla ziyarət olunub, önünə çiçək dəstələri düzülüb.
Bundan sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub. Mərkəzin direktor səlahiyyətlərini icra edən Ruhin Hüseynov ziyarətə gələnləri böyük siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən lövhələrlə ətraflı tanış edib. Sonda xatirə şəkilləri çəkilib.
Cəmiyyət olaraq əminik ki, milli maraqları, dövlətçilik mənafeyini daim uca tutan Azərbaycan polisi Prezidenti İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi tədbirlərlə vətəndaşlarımızın təhlükəsiz həyatına, insanların asayişinin qorunması işinə bundan sonra da öz layiqli töhfələrini verəcək.
Əziz polis işçiləri, peşə bayramınız mübarək olsun!
Mais Amin, Ağcabədi


