Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Asıya Kubokunda yarışacaqlar 

3-4 iyul günlərində Qazaxıstanın Almatı şəhərində cüdo üzrə kişi və qadınlar arasında Asiya Kuboku keçiriləcək. İki gün davam edəcək turnirdə Azərbaycan idmançıları da mübarizə aparacaqlar. ACF-dən verilən məlumata görə, ölkəmiz yarışa 4 çəkidə 4 cüdoçu (2 kişi, 2 qadın) ilə qatılacaq. 

Qadınların yarışında Fatimə Abdullayeva (44 kq) və Könüll Eyvazova (52 kq), kişilər arasında isə Nicat Sixizadə (60 kq) ilə İlkin Qarayev (66 kq)  tatamiyə çıxacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin