Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Günay Qurbanova AÇ-nin yarımfinalında 

Şimali Makedoniyanin paytaxtı Skopyedə 20 yaşlı gənclər arasında idman güləşi üzrə keçirilən Avropa çempionatı davam edir. Bu gün çempionatda qızlar mübarizəyə qatılıblar. Azərbaycanı bu yarışda təmsil edən iki idmançıdan biri artıq yarımfinala yüksəlib. Söhbət startda almaniyalı Fransiska Blaumeyseri 10:0 hesabla udandan sonra ukraynalı Mariya Miziurokovu təmiz (tuş) məğlub edən Günay Qurbanovadan (59 kq) gedir. 1/2 finalda isə o, Belarusdan olan UWW təmsilçisi Marta Hetmanovayla qarşılaşacaq. 

Təəssüflər olsun ki, bu gün mübarizəyə qatılan digər qadın təmsilçimiz Elvina Kərimova (50 kq) elə startdaca məğlub olaraq, mübarizəni erkən dayandırıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin