Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Vüsalə Vətənxan Mehri:  

İmadəddin Nəsimiyə ~ TƏZMİN ~ 

 

"Həq ta ki yar oldu mənə, sər ta qədəm yar olmuşam,
Ta görmüşəm didarını, müştaqi-didar olmuşam." 

Neyçün cəmalından cüda eylər məni ta Suratək,
Məhşərdəyəm sanki, yanar cismim, gözü zar olmuşam. 

Bir ömrü ayru düşmüşəm hüsnündən ey məh surətim,
Çün bu səbəbdəndir iki aləmdə səyyar olmuşam. 

Mən Səndənəm, həm Səndəyəm, Səndən soruşsunlar məni,
Mən həm Sənin kölgəndənəm, isminlə mən var olmuşam. 

Mən hər qədəm qoyduqda torpaqda izim ağlar mənim,
Olsam əgər gül, bu sitəmdən bil ki gülxar olmuşam. 

İstərsən et Ədni behişt içrə güli-rəna məni,
Sənsiz ki olmaz cənnətim, mən Səndə gülzar olmuşam. 

Söylər Nəsimi adəta "sirri ənəlhəq söylərəm",
Şükr eylə ey Mehri, bu gün elmiylə huşyar olmuşam. 

Vüsalə Vətənxan Mehri.

*   *   *   *   *

 

BAHARİYYƏ

Əyyami-bahar gəldi, yenə fəsli-xəzan getdi,
Çıx seyrə könül, bağu gülüstanda çiçək bitdi. 

Bülbül sevinib şura gəlib ney kimi dilləndi,
Solmuş bu bağın  guşəsi min şövq ilə gülləndi. 

Don geydi çəmən rəngi yaşıl, nəqşi al-əlvan gül,
Verməkdə nigarın sənə çün şadlığı əylən, gül. 

Bundan belə tut könlünü xoş, eyləmə dərdü qəm,
Eşq əhli yetib vəslə, bahar çağı olar xürrəm. 

Topraq oyanıb, çöldə xəfif yaz küləyi vardır,
Canlanmış ağaclarda da növbər diləyi vardır. 

Novruz bəzəmiş süfrəmizi, zövqü səfa vermiş,
Şükr eylə bu naz-neməti ey can ki, Xuda vermiş. 

Ey Mehri, sevin, ki yenə bayramdır, üzün gülsün.
Könlün çiçək açsın, həyat eşqiylə  gözün gülsün!

Best coffeeshop in Berlin