Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Ağaddin BABAYEV:

Lənkəran teatrında “Heydər Əliyev İli”nə həsr olunmuş seminar keşirilib


Lənkəran Dövlət Dram Teatrında Lənkəran Dövlət Universitetinin müəllim-tələbə heyəti və teatrın yaradıcı kollektivinin birgə iştirakı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş seminar keçirilib. AZpressmedia.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan teatrın direktor müavini, direktor səlahiyyətlərini icra edən İntiqam Hacılı qonaqları salamlayaraq seminarın 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq keçirildiyini qeyd edib. 

Daha sonra Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov çıxış edərək Heydər Əliyevin elmin və mədəniyyətin inkişafının əvəzedilməz vasitəsi olan təhsilə töhfələrindən, qayğısından, təhsil sisteminin ahəngdar inkişafı yolundakı xidmətlərindən söz açıb.
 Seminarda geniş nitq söyləyən Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev Heydər Əliyevin Azərbaycan mədəniyyəti və milli teatr sənətinin inkşafı üçün gördüyü əvəzsiz işlərdən, milli kadrların yetişdirilməsində, ordu quruculuğundakı xidmətlərindən ətraflı söhbət açaraq,  Ulu Öndərin öz xalqını, millətini sonsuz məhəbbətlə sevən bir şəxsiyyət kimi səciyyələndirib. 
Qeyd olunub ki, Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmaqla, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib.
Tədbirdən sonra teatrın truppasının təqdimatında yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin “Prokuror” tamaşası nümayiş etdirilib.
 

Best coffeeshop in Berlin