Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə boksçuların Avropa çempionatı keçiriləcək 

10-16 iyul günlərində Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçuların Avropa çempionatı keçiriləcək. Bir həftə davam edəcək turnirdə Azərbaycan komandası da iştirak edəcək. ABF-dan verilən məlumata görə ölkəmiz bu yarışda 12 oğlan və 8 qız boksçu ilə təmsil olunacaq. Oqlanlardan ibarət komandaya baş məşqçi Vaqif Kazımov, məşqçilər - Ağasi Məmmədov və Teymur Məmmədov, qızlardan ibarət komandaya isə məşqçi Anar Baxışov rəhbərlik edir. Daha bir həmyerlimiz - Anar Nağdiyev isə hakimlər sırasında yer alacaq.

Komanda Serbiyaya ABF-nin idarə heyətinin üzvü Rövşən Hüseynovun rəhbərliyi altında yollanıb. Yığmamız iyulun 17-də Vətənə dönəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin