Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Oğlanlardan ibarət U-16 basketbol yığmamız AÇ-da

İyulun 5-də Albaniyanın Şkoder şəhərində 16 yaşlı oğlanlar arasında startı verilən basketbol üzrə Avropa çempionatının C divizionunda mübarizə davam edir. Çempionatın B qrupunda yer alan Azərbaycan yığması ikinci matçını Andorraya qarşı keçirib. Qeyd edək ki, startda San-Marino (105:60)  komandasını məğlub U-16 millimiz Andorra ilə oyunda meydanı məyus durumda tərk edib - 42:52.

Bu gün yığmamız üçüncü tur çərçivəsində Lüksemburq ilə (saat 19 : 00-da) üzləşəcək. Sabah isə millimiz saat 23:30-da Giblatar ilə qarşılaşacaq və bununla da qrup oyunları başa çatacaq.

Yeri gəlmişkən, Litvada analoji yarışda mübarizə aparan U-18 qızlar komandamız isə qrupda son tur (5-ci tur) çərçivəsində Kosovo ilə oyna çıxacaq. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin