"Sabah" FK Avropa Liqasında ilk matçına çıxacaq
Bu gün Köhnə Qitədə yenidən futbol həyacanı baslayacaq. Söhbət futbol üzrə UEFA Avropa liqasının birinci təsnifat mərhələsinin oyunlarına start veriləcəyindən gedir. Ölkəmizi bu turnirdə təmsil edən "Sabah" FK ilk matçını Sloveniyanın "Tsele" klubuna qarşı keçirəcək. Görüş bu gün saat 20:00-da Masazırda yerləşən "Bank Respublika Arena"da başlanacaq. Matçın taleyi qazaxıstanlı referi Daniyar Saxiye həvalə edilib.
Cavab oyunu isə iyulun 17-də Sloveniyada olacaq.


