Qadın basketbol millimiz DQS-da
11-13 iyul günlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində qadın basketbolçular arasında 3x3 basketolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələ yarışı keçiriləcək. Üç gün davam edəcək turnirdə Azərbaycan yığması da çıxış edəcək. Heyəti Erika Karyer, Brianna Freyzer, Aleksandra Mollenxauer və Dina Ulyanovadan ibarət olan yiqmamiz təsnifat mərhələsində Yaponiyanın "Tsukuba" (11 iyul, saat 13:20) və İsveçrənin "Lozanna" (11 iyul, saat 15:00) klubu ilə qarşılaşacaq.
Turnir qarşıdakı Avropa Kubokuna hazırlıq xarakteri daşıyır.
İNTİQAM Məmmədov


