Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

TƏRANƏ PAŞAYEVA:
Amma biz susmamalıyıq.

Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən azərbaycanlıların yaşadığı evlərə keçirilən silahlı basqın nəticəsində həmvətənlərimizin həyatını itirməsi, bəzilərinin ağır yaralanması və saxlanılması xəbərini dərin üzüntü və hiddətlə qarşılayıram.
Bu hadisə təkcə bir əməliyyat yox, həm də etnik zəmində həyata keçirilmiş açıq-aşkar bir cinayətdir. Bu, təkcə azərbaycanlılara qarşı deyil, ümumiyyətlə Rusiyada yaşayan qeyri-rus millətlərə yönəlmiş ayrı-seçkilik və zorakılıq siyasətinin davamıdır. Hadisənin özü Kremlin illərdir yürüdüyü raşist və imperialist ideologiyanın növbəti acı nəticəsidir.
Bütün dünya bu ideologiyanı artıq raşizm adı ilə tanıyır – başqa xalqları aşağılayan, diskriminasiya edən, qorxu və təzyiq üzərindən idarə olunan təhlükəli bir zehniyyət. Bu zehniyyət vaxtilə 20 Yanvar faciəsində, Xocalıda, eləcə də Ermənistanın hərbi avantüralarına göstərilən dəstəkdə də özünü göstərmişdi.
Unutmayaq ki, Rusiya hələ də Azərbaycan Hava Yollarına (AZAL) məxsus mülki təyyarənin bu ölkənin ərazisində vurulmasına görə nə üzr istəyib, nə də məsuliyyəti öz üzərinə götürüb. Bu fakt da Kremlin qeyri-rus xalqlara qarşı münasibətinin və öz vətəndaşlıq öhdəliklərinə qarşı laqeydliyinin bariz nümunəsidir.
Bu gün Yekaterinburqda azərbaycanlılara qarşı törədilən bu zorakılıq, həm də Kremlin qeyri-rus xalqlara olan rəsmi münasibətinin aydın sübutudur. Rusiya hakimiyyəti bu hadisəyə görə üzr istəməli, məsuliyyət daşıyan şəxslər dərhal cəzalandırılmalıdır.
Azərbaycan cəmiyyəti bu terror aktına, bu insanlıq əleyhinə cinayətə səssiz qalmamalıdır. Biz bu ədalətsizliyə, bu zülmə qarşı səsimizi ucaltmalı, birlik nümayiş etdirməliyik. Bu hadisəni qətiyyətlə pisləyirik. Əgər bu gün susularsa, sabah bu zorakılıq daha da genişlənəcək.
Raşizm – təkcə bizim üçün deyil, rus xalqı üçün də təhlükədir. Onlar bu ideologiyaya qarşı çıxmadıqca, bu bəla həm öz içlərini, həm də ətraflarını məhv edəcək.

Haqq-ədalət zəfər çalacaq.
Amma biz susmamalıyıq...

Best coffeeshop in Berlin