Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Makron Azərbaycanla Ermənistan arasındakı sülh sazişindən danışdı

Ermənistanla Azərbaycan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanması bütün region üçün yeni səhifə açacaq.

Bunu Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdə salamlamaqdan məmnunam. Onun Azərbaycanla sülhə nail olmaq üçün göstərdiyi cəsarətli səylərə Fransanın dəstəyini bir daha təsdiqlədim. Ermənistan və Azərbaycan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanması regionun bütün ölkələri və xalqları üçün və onun hüdudlarından kənarda yeni səhifə açacaq", - Fransa prezidenti deyib.

Best coffeeshop in Berlin