YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Elgiz, Zaur, Xoşqədəm- Şəlalə Göytürk YAZIR
Bahar fəsli təbə rəvan verir axı. Səhər-səhər tv-yə baxırdım, mexaniki olaraq, belə bir şeir yarandı:
Elgiz, Zaur, Xoşqədəm
Efirlərə tacdırlar
Dərdlərə əlacdırlar
Kart atıb fal açdılar
Elgiz, Zaur, Xoşqədəm.
Evləndirir qarıyanı
Kökəldirlər quruyanı
Ağladırlar kiriyəni
Elgiz, Zaur, Xoşqədəm.
Efirdədi ipini qıran
Başını yaran, üzünü cıran
Reytinq üçün özünü yoran
Elgiz, Zaur, Xoşqədəm.
Doktor, bol et nəməri
TV desin gəl bəri
Yığır qəşəng müştəri
Elgiz, Zaur, Xoşqədəm.
Harda şüvən, zırzırdı,
Sponsorlar hazırdı
Hərəsi bir nazirdi
Elgiz, Zaur, Xoşqədəm.
Bombadır ovqatları
Brenddir sovqatları
Xalqın deputatları
Elgiz, Zaur, Xoşqədəm.


