Yekaterinburq məhkəməsi azərbaycanlıların həbsini uzadıb
Rusiya Federasiyasının Sverdlovsk vilayəti məhkəmələrinin birgə mətbuat xidməti xəbər verir ki, məhkəmə əvvəlki illərdə Yekaterinburqda qətl törətməkdə təqsirləndirilən daha 8 azərbaycanlıdan ikisinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini oktyabrın 19-dək uzadıb.
Abasov Əziz və Lalayev Şahin 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərdə təqsirləndirilirlər.


