Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boks üzrə gənclər milimiz AÇ-da 6 medal qazanıb 

Serbiyanın Novi-Pazar şəhərində gənclər arasında boks üzrə keçirilən və Azərbaycan komandasının da iştirak etdiyi Avropa çempionatı dünən oğlanların final döyüşləri ilə başa çatıb. Qeyd edək ki, çempionata baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağasi və Teymur Məmmədovların rəhbərliyi altında 12 boksçu ilə qatılan oqlanlardan ibarət yığma komandamız çıxışını biri gumus, beşi bürünc əyarlı olmaqla 6 medalla başa vurub. Yeganə gümüş medalın sahibi həlledici finalda rusiyalı Boqdan Smolkinə (2:3) uduzan Səfdər Məmmədzadə (+80 kq) olub. Bürünc medallari isə çıxışını üçüncü yerdə bitirən Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq) və Haqverdi Həsənov (63 kq) qazanıb. 

Xatırladaq ki, eyni məkanda qızlar arasında keçirilən analoji yarışda 8 nəfərlik heyətlə iştirak edən Azərbaycan komandası isə yarısı 7 (1-3-3) medala başa vurub. Məşqçi Anar Baxışovun rəhbərliyi altında AÇ-ya qatılan qızlardan ibarət yığmamızın heyətində Əminə Taqi (50 kq) qızıl, yalnız həlledici finalda büdrəyən Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) triosu isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan komandası AC-da ümumilikdə 13 (1-4-8) medal qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin