Güləşçilərin reytinq turniri başlayıb
Bu gün Budapeştdə (Macarıstan) idman güləşi üzrə reytinq xarakterli beynəlxalq turnirə start verilib. Sərbəst güləşçilərin çıxışı ilə başlayan turnirin ilk günü Azərbaycan yığmasının dörd üzvü döşək üzərinə çıxıb. Bu dördlükdə İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Qiorqi Meşvildişvili (125 kq) yer alıb.
Yeri gəlmişkən, digər yarışlardan fərqli olaraq, bu yarışda hər çəkinin qalibi mübarizəyə başladığı gün müəyyənləşəcək.
İNTİQAM Məmmədov


