Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Masallıda ibtidai sinif müəllimləri üçün seminar keçirilib- Akif Ağayev 

Masallıda ibtidai sinif müəllimlərinə ixtisas və metodiki mövzularda seminar keçirilib.

Masallı şəhər Mədəniyət Mərkəzində Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasıının birgə təşkilatçılığı ilə keçirilən seminarda Masallı və Yardımlı rayonlarının ümumi təhsil müəssisələrinin 300-ə yaxın ibtidai sinif müəllimi iştirak edib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Masallı Təhsil Sektorunun müdiri Qoşqar Hətəmov toxunulan mövzu ilə bağlı tövsiyələrini səsləndirib, seminar iştirakçılarına uğurlar arzulayıblar. 

Aynur Rüstəmova və Pərvinə Qədimovanın təqdimatları əsasında keçirilən seminarda fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda seminarın fəal iştirakçılarına hədiyyələr təqdim olunub.

Akif AĞAYEV

Best coffeeshop in Berlin