Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

ƏMƏKDAR ARTİSTİN XATİRƏSİ ANILIB- Ağaddin Babayev 

Fevralın 20-də - Əməkdar artist, uzun illər Lənkəran Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərmiş Adil Zeynalovun doğum günündə xatirəsi anılıb. AZpressmedia.AZ xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrının kollektivi, sənətkarın yaxınları və dostları şəhərin Sardaxıl qəbirstanlığında onun məzarını ziyarət ediblər. Lənkəran teatrının direktor əvəzi İntiqam Hacılı çıxışında Adil Zeynalovun xatirəsinin daim əziz tutulduğunu, onun öz sənəti ilə teatrsevərlərin qəlbində dərin iz buraxdığını bildirib.
Daha sonra Fatihə surəsi oxunub, mərhumun ruhuna dualar edilib.
A.Zeynalovun oğlu Kənan Zeynallı atasının xatirəsinə göstərilən diqqətə görə mərasim iştirakçılarına ailəsi adından minnətdarlığını çatdırıb.
Qeyd ki, Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olub. 1983-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. 1977-ci ildən Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayan A.Zeynalov 1983-cü ildə aktyor truppasına qəbul olunaraq bir sıra rolları ifa edib, 2002-ci ildən ömrünün sonuna kimi teatrda quruluşçu rejissor vəzifəsində çalışaraq, onlarla tamaşaya uğurlu quruluş verib. Teatr fəaliyyəti ilə yanaşı, bir sıra bədii filmlərdə də çəkilib. Milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə Adil Zeynalov 2012-ci ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
12 mart 2020-ci ildə yaradıcılığının çiçəkləndiyi bir vaxtda vəfat edib.
 

Best coffeeshop in Berlin