Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Milli Mətbuat Günü Ağcabədidə qeyd olundu +FOTO=30

Respublikanın hər yerində olduğu kimi iyulun 22-də “22 İyul – Milli Mətbuat Günü” Ağcabədi rayonunda da qeyd edilib. Öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb. 
Milli Mətbuatımızın yaradılmasının 150 illiyi ilə bağlı mətbuat işçiləri ilə görüş keçirən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə qəzetin və televiziyanın işçilərini təbrik edib, onlara bundan sonra da şərəfli və məsuliyyətli peşə fəaliyyətlərində uğurlar arzulayıb. 
Çay süfrəsi ətrafında baş tutan görüşdə həmçinin Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova və digərləri iştirak ediblər.
Rayon rəhbəri “ARAN” qəzetinin redaktoru, AYB-in üzvi Məhsəti Musanı Prezident İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik edərək, ona səmimi ürək sözlərini çatrıdıb. Rafil Hüseynov qeyd idib ki, bu ali təltif təkcə Ağcabədi üçün deyil, ümumilikdə region mətbuatının uğurudur. İcra başçısı rayonun ictimai-siyasi, mədəni həyatında baş verən bütün yeniliklərin işıqlandırılmasında və ictimaiyyətə çatdırılmasında “ARAN” qəzeti və “Aran Ağcabədi” televiziyasının müstəsna xidmətlərindən də danışıb. 
Görüşdə jurnalistlərlə bugünkü mətbuatımızın durumu ilə bağlı fikir mübadiləsi aparılıb, onların rəy və təklifləri dinlənilib. 
Qeyd edək ki, Milli Mətbuatımızın yaradılmasının 150 illiyi münasibətilə keçirilən görüşdə jurnalistlər pul mükafatı ilə yanaşı Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri fərmanlarla da təltif olunublar.  
Biz də öz növbəmizdə mətbuat sahəsində vicdanla çalışan, xalqına, Vətəninə heç bir təmanna güdməyən əsl media nümayəndəsi kimi xidmət edən jurnalistləri təbrik edir, qələminiz iti, fikriniz daim işıqlı olsun – deyirik. 
Əziz mətbuat işçiləri – peşə bayramınız mübarək olsun! 

Gündüz SEVİNDİK

Best coffeeshop in Berlin