Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“AzerGold” QSC III Şuşa Qlobal Media Forumunda təmsil olunub

“AzerGold” QSC ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda təmsil olunub. 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin qatıldığı Forum çərçivəsində dövlət şirkətinin ərsəyə gətirdiyi qızıl və gümüş məhsulları sərgilənib.
 
“AzerGold” QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında üçölçülü formatda ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, İçərişəhərə, həmçinin Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeni nəsil “Bakı” gümüş sikkəsi və digər tematik sikkələr yer alıb.

Sərgidə dövlət şirkətinin fəaliyyəti, xüsusilə “Şuşa”, “Qarabağ inciləri”,  “Natəvan” sikkələri, onların ifadə etdiyi tarixi-mədəni mesajlar barədə xarici qonaqlara ətraflı məlumatlar verilib. Stenddə, həmçinin yaxın zamanda satışa təqdim ediləcək “Laçın” qızıl və gümüş kolleksiyasının dizaynı ictimaiyyətə təqdim edilib. Nümunələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
 

ENG:

AzerGold CJSC Represented at the 3rd Shusha Global Media Forum

AzerGold CJSC was represented at the 3rd Global Media Forum held in the cultural capital of our country, the city of Shusha. The Forum brought together nearly 140 foreign guests from 52 countries, including representatives from more than 30 news agencies, 7 international organizations, around 80 media outlets, and other related sectoral organizations. As part of the Forum, the state company showcased its gold and silver products.

At the AzerGold CJSC stand, the '100 Years and a Legacy Beyond That' gold coin minted in 3D format using Smartminting technology in honor of the 100th anniversary of National Leader Heydar Aliyev’s birth was exhibited, along with gold coins dedicated to Icherisheher and the 20th anniversary of the Heydar Aliyev Foundation, the “Baku” new-generation silver coin, and other thematic coins.

At the exhibition, foreign guests were provided with detailed information on the company's activity, particularly the “Shusha”, “Pearls of Karabakh”, and “Natavan” coins and the historical and cultural messages they convey. The design of the upcoming “Lachin” gold and silver collection, which will soon be available for sale, was also presented to the public at the stand. The specimens attracted great interest from visitors.

 

RUS: 

ЗАО «AzerGold» было представлено на III Шушинском Глобальном медиафоруме

ЗАО «AzerGold» было представлено на III Глобальном медиафоруме, проходившем в культурной столице нашей страны — городе Шуша. В форуме приняли участие около 140 иностранных гостей из 52 стран, включая представителей более чем 30 информационных агентств, 7 международных организаций, около 80 медиаструктур, а также других профильных учреждений. В рамках форума была организована выставка золотых и серебряных изделий, подготовленных государственной компанией.

На стенде ЗАО «AzerGold» были представлены золотая монета «Величайшее наследие длиною в век», выпущенная в трехмерном формате по технологии «Smartminting» в честь 100-летия со дня рождения Общенационального Лидера Гейдара Алиева, золотые монеты, посвященные Ичери-шехер и 20-летию Фонда Гейдара Алиева, серебряная монета нового поколения «Баку» и другие тематические монеты.

Во время выставки зарубежным гостям была предоставлена подробная информация о деятельности государственной компании, в частности о монетах «Шуша», «Жемчужины Карабаха», «Натаван» и их историко-культурной ценности. На стенде также широкой общественности был представлен дизайна коллекции золотых и серебряных монет «Лачин», которые вскоре поступят в продажу. Образцы вызвали большой интерес у посетителей.

Best coffeeshop in Berlin