"Qarabağ" FK Çempionlar Liqasında ilk matçına çıxacaq
Bu gün Avropada növbəti futbol bayramına start veriləcək. Söhbət UEFA Çempionlar Liqası və Konferensiya Liqasının ikinci mərhələsindən gedir. Bu futbol bayramı Azərbaycandan yan keçməyəcək. Belə ki, Azərbaycan çempionu "Qarabağ " FK UEFA Çempionlar Liqasının ikinci mərhələsinin ilk matçına çıxacaq. Qeyd edək ki, təcrübəli məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi "Köhlən Atlar" ÇL-nin 2025/26-ci illər movsumundə ilk matçını İrlandiyanın paytaxtı Dublində yerli "Şelburn" klubunun qonağı olacaq. Oyun saat 19:30- da Dublindəki "Tolka Park" stadionunda başlayacaq. Matçı xorvatiyalı hakim Ante Çulina idarə edəcək.
Cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək.
İNTİQAM Məmmədov


