YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Lənkəran teatrında “Azadlıq qatarı” ədəbi-bədii kompozisiyanın təqdimatı olub- Ağaddin Babayev, Lənkəran
Yanvarın 20-də Lənkəran Dövlət Dram Teatrında 1990-cı ilin 20 Yanvar hadisələrinə həsr olunmuş “Azadlıq qatarı” adlı ədəbi-bədii kompozisiyanın təqdimatı keçirilib. AZpress,AZ xəbər verir ki, təqdimatda 33 il əvvəl Bakıda, Lənkəranda və ölkəmizin digər bölgələrində xalqımızın başına gətirilən müsibətlərdən bəhs edilib, igid oğul və qızlarımızın fədakarlığı təsvir olunub, onların işıqlı xatirəsi ehtiramla anılıb.
Ədəbi-bədii kompozisiyanın müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur. Mətni Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Əlibala Əsgərov, Allahverən Babayev, Əbülfəz Axundov, Səyyad Əliyev, Təranə Fərəcova, Aysel Babazadə və Əlirza Şahbazi səsləndiriblər.
Qeyd edək ki, maraqla qarşılanan ədəbi-bədii kompozisiyaya Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhid ailələri də tamaşa ediblər.


