Cüdoçularımız Skopyedə daha 3 medal qazanıblar
Şimali Makedoniyanin paytaxtı Skopyedə 18-ci Avropa Gənclər Olimpiya Yay Festivalında cüdo yarışları davam edir. Qeyd edək ki ilk günü Azərbaycan yığmasının üç üzvünün çempion olduğu yarışların ikinci günü də cüdoçularımız üçün uğurlu olub. Maraqlıdır ki, ikinci gün tatamiyə çıxan daha üç təmsilçimiz yenə də uqurla çıxış edərək, mükafatçılar sırasında yer alıb. Bu üçlükdə ikisi yalnız həlledici finalda büdrəyərək çıxışını ikinci yerdə bitirməklə gümüş medal qazanıb, daha biri isə çıxışını üçüncü yeri tutmaqla bürünc medal qazanıb.
Gümüş medal Nuranə Hacızadə (48 kq) və Zeyd Ələsgərovun (60 kq), bürünc isə Aysun Məmmədovanın (52 kq) aktıvinə yazılıb.
Beləliklə, ilk iki gündən sonra Azərbaycan 6 (3-2-1) medalla komanda hesabında birinci yeri tutur.
İNTİQAM Məmmədov


