İlk medal boksçumuz Musab Məmmədtağıyevdən gəlib
Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qızlar arasında boks üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa çempionatı davam edir. Bu gün yığmamızın üzvlərindən biri - 70 kq çəki dərəcəsində rinqə çıxan Musab Məmmədtağıyev yarımfinala yüksəlməklə bürünc medalı özünə təmin edib. O, 1/4 finalda rusiyalı boksçu Nizam Taziyev üzərində tam üstünlüklə qələbə qazanıb.
İNTİQAM Məmmədov


