"Sabah" Avrokubok yarışlarına qələbə ilə başlayıb
"Sabah" FK futbol üzrə UEFA Konfrans Liqasının ikinci mərhələsində ilk matçına çıxıb. Təmsilçimiz Moldovada ev sahibi "Petrokub" klubunun qonağı olub. Kişinyovdaki "Zimbru" stadionunda baş tutan və taleyi israilli referi Qol Leybovitsə həvalə edilən oyunda "Sabah" iki cavabsız qolla qalib gəlib. Hər iki qol matçın son 10 dəqiqəsində vurulub. 82-ci dəqiqədə Pavel Şafranko hesabı açaraq "Sabah"i irəli çıxarıb - 0:1. Matçın 90-ci dəqiqəsində isə "Sabah" daha bir qol vuraraq hesabı 0:2-a catdirib. Bu qolu isə 69-cu dəqiqədə əvəzləmə ilə meydana çıxan Kaxim Porris vurub.
Cavab oyunu iyulun 31-də Bakıda keçiriləcək.
İNTİQAM Məmmədov


