Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Telli Pənahqızı: İLAHİ, YER DƏ, GÖY DƏ SƏNİNDİR...

İlahi, yer də, göydə sənindir,

Yerdəki insanlar da sənin ruhun, tənindir!

Mərhəmətin bol olsun, hidayətin dağ, qaya,

Sən özün en, sahib çıx, yaratdığın dünyaya!

 

Bu dünya əzəl gündən bihudədir, fanidir,

Qəlblər buza dönübdür, sən bu qəlbləri dindir,

İndi yer üzü də çalxalanan gəmidir,

Qıyma gəmi çırpılsın sərt, çılpaq qayalara.

 

İnsanlar bir çıraqdır, şöləsi qoy sönməsin,

Səni sevən məmləkət qoy səhraya dönməsin,

Yer üzünü iblislər yer altına gömməsin ,

Sən soyuq qəlblərdə də

mərhəmət, ziya ara!

 

İlahi, keç mənim də suçumdan, günahımdan,

Ürəyim qübar edir insanların ahından,

Sənə agahdır hər şey, sən ver dünyaya səhman ,

Verəcəyin şəfqət də şəfqətdir yaralara!

 

Sən yapış əlimizdən, qoyma dağılsın aləm,

Bu yer üzü sənindir, hər kəs sənin bir zərrən!

Nicat gözləyənlərə olsun lütfün də məlhəm,

İnsanlıq çəkilməsin bir də amansız dara!

Telli Pənahqızı

Best coffeeshop in Berlin