Lənkəranda meşə yanır
Lənkəranda meşə zolağında yanğın baş verib.
AZpress.AZ xəbər verir ki, yanğın günorta saatlarında rayonun Osaküçə kəndində meşə təsərrüfatına məxsus olan meşə zolağındaqeydə alınıb. Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub.
Əldə etdiyimiz məlumata görə, yanğın təqribən 1 hektar ərazini əhatə edib və əsasən xəzəl yanıb. Görülən tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



