Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeni şəxsiyyət vəsiqələrimiz belə görünəcək 

Azərbaycan vətəndaşlarına verilən şəxsiyyət vəsiqələri dəyişəcək.

AZpress.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri əlavə ediləcək. Məlumat şəxsiyyət vəsiqəsinin arxa hissəsində yerləşdiriləcək.

Elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılacaq.

Eyni zamanda vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər edilib. Belə ki, vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur.

Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.

Hazırkı şəxsiyyət vəsiqələri isə belə görünür:

Best coffeeshop in Berlin