YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
İlqar Əlfioğlu:
Ümidinizi üzməyin, qaradan artıq rəng yoxdur...
İstəyisiniz - inanın, istəmirsiniz - inanmayın.
Amerikanın indi qaralanan təşkilatlarından birinin regionlar üçün ailə mövzusunda bir-birinə zidd iki mühazirəsi vardı. Biri övladların azlığını, digəri çoxluğunu kəsərli arqumentlərlə əsaslandırırdı. Fikir verdim ki, ölkənin mərkəzində ailədə az uşaq olmasını, şimal və cənub əyalətlərində doğusların çoxluğunu təbliğ edirlər. Bir az düşünüb, anladım ki, onların azarı ölkəmizin etnik say nisbətini dəyisməkdir...
O vaxt buna aşkar etiraz adamın evini yıxardı - hakimiyyət də, müxalifət də yankilərə dədə deyirdi.
İndi zəmanə də dəyisib, əsdirdiyi yellər də.
Təxminən, 10 il qabaq yoldaşlara demişdim ki, vaxt gələcək, Qərbdəki təskilatlardan pul alanların hamısını tutacaqlar, onda sözümü ciddiyə alan olmadı..
Bax, dediyim zamanın əlamətləri görünməyə başlayıb. Hara gedəcəyimizi dəqiq bilmirəm, amma umidinizi üzməyin, qaradan artıq rəng yoxdur...


