Kambocada 30 minə yaxın insan evlərini tərk edib
Kambocanın Tailandla həmsərhəd olan Oddar Meançey əyalətində sərhəd münaqişəsinin kəskinləşməsi fonunda təxminən 30 min insan evlərini tərk edib.
Bu barədə "Khmer Times" qəzeti yazıb.
Bir müddət əvvəl BMT baş katibinin mətbuat katibinin müavini Stefani Trembley bildirmişdi ki, Tailandda 131 mindən çox, Kambocada isə 4 mindən çox insan evlərini tərk edib.
Xatırladaq ki, iyulun 24-də səhər saatlarında Oddar Meançey əyalətindəki mübahisəli sərhəd zonası yaxınlığında Kamboca-Tailand sərhədində silahlı toqquşmalar başlayıb.


