Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın basketbol millimiz DQS-nin Sumqayıt mərhələsinin qalibi olub

26-27 İyul günlərində 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının sayca 9-cu olan Sumqayıt mərhələsi keçirilib. Qeyd edək ki, mərhələ yarısı Azərbaycan komandasının qələbəsi ilə başa çatıb. Heyətində Arika Kartier, Aleksandra Mollenxauer, Brianna Freyzer və Dina Ulyanovanin yer aldığı millimiz həlledici final matçında Latviya üzərində 15-12 hesablı qələbə qazanıb. Sumqayıt mərhələsinin ən yaxşı oyunçusu adına isə Azərbaycan komandasının üzvü Aleksandra Mollenxauer layiq görülüb.

Yeri gəlmişkən, millimiz cari mövsümdə ikinci dəfə mərhələ qalibi olub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin