Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçilərimizin DÇ-da  4 bürünc şansı

Dünən Yunanıstanın paytaxtı Afinada 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə dünya çempionatına start verilib. Azərbaycan idmançılarının da qatıldığı bu çempionatın ilk günü çəkisi 58, 55, 65, 80 və 110 kq olan yunan-Romacilar (Klassiklər) döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə başlayıblar. Ölkəmizi bu çəkilərdə müvafiq olaraq, Qurban Məcnunov, Nihat Bəhmənov, Hüseyn İsgəndərov, Nicat Yeylaqaliyev və Rihad İbrahimli təmsil edib. Təəssüflər olsun ki, döşək üzərinə çıxan güləşçimizin hamısı erkən məğlubiyyətlə üzləşib. Lakin Məcnunov, Bəhmənov, İsgəndərli və Yeylaqaliyevi məğlub edən güləşçilər finala yüksəldiyi üçün bu dördlüyümuz təsəlliverici görüşlərə qatılaraq bürünc medal qazanmaq şansı əldə edib.

Bu gün isə daha beş təmsilçimiz mübarizəyə qatılacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin