Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsində təlim: “Gənclər üçün mövcud imkanlar”

Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, "BDU könüllüləri" təşkilatı və "Əmanət" Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin iştirakçıları üçün “Gənclər üçün mövcud imkanlar” mövzusunda təlim keçirilib.

Təlimdə iştirakçılara müxtəlif yerli və beynəlxalq təqaüd proqramları, tələbə mübadilə təşəbbüsləri, gənclər üçün nəzərdə tutulan liderlik və könüllülük proqramları, eləcə də beynəlxalq əməkdaşlıq platformaları haqqında ətraflı məlumat verilib. Gənclərin fərdi təşəbbüslərini reallaşdırmaq imkanları və layihələrin hazırlanması mərhələləri geniş  izah olunub. Layihə ideyasının formalaşdırılması, məqsəd və hədəflərin düzgün müəyyənləşdirilməsi, fəaliyyət planının hazırlanması, risklərin qiymətləndirilməsi, büdcənin tərtib olunması və qiymətləndirmə mexanizmləri kimi əsas komponentlər üzərində praktiki nümunələr işlənilib.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb və onların ideyaları ilə bağlı müzakirələr aparılıb.

 

RUS:

В Летнем лагере БГУ прошел тренинг «Имеющиеся возможности для молодежи»

Для участников Летнего лагеря для студентов и детей шехидов и ветеранов, посвященного «Году Конституции и суверенитета», организованный Бакинским государственным университетом (БГУ), Молодежным форумом Евразийского регионального центра Организации исламского сотрудничества, организацией «Волонтеры БГУ» и Проектом поддержки личностного развития детей шехидов и ветеранов Əmanət, прошел тренинг на тему «Имеющиеся возможности для молодежи».

В ходе тренинга участники получили подробную информацию о различных местных и международных стипендиальных программах, студенческих обменах, программах лидерства и волонтерства для молодежи, а также о платформах международного сотрудничества. Были подробно рассказаны о возможностях для молодых людей реализовать свои индивидуальные инициативы и этапах подготовки проектов. Были разработаны практические примеры по основным компонентам, таким как формирование идеи проекта, правильное определение целей и задач, составление плана действий, оценка рисков, составление бюджета и механизмы оценки.

В заключение были даны ответы на интересующие молодых людей вопросы и проведены обсуждения их идей.

Best coffeeshop in Berlin