Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Həbsdə olan baş redaktorun cəzası azaldıldı

"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevin barəsində çıxarılmış hökmə dair apellyasiya şikayətinə baxılıb.

AZpress.AZ APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmündə dəyişiklik edilib. Habil Vəliyevin cəzası 1 il azaldılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Habil Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Best coffeeshop in Berlin