Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Nəriman Qasımoğlu: 

Qasım Qasımzadənin 20 yaşlarında yazdığı şeir...

Qasım Qasımzadə - 100

20 yaşlarında yazdığıdır, 40-cı illərin əvvəllərinə aid şeir dəftərində rast gəldim:

Nə etmək ki, bir qanun var əzəl gündən təbiətdə,

Dayanmadan dəvam edir bütün varlıq hərəkətdə.

Vaxtı gəlcək qürub edər günəş, baxmaz yaz çağına,

Həyat verən ziyasını qatar Ayın varlığına.

Ay da ələr şö'ləsini kainata narın-narın,

Qönçələri çiçək açar burda yenə ilk baharın.

Mən dediyim günəş kimi qadir olan o insan da,

Getmişsə də aramızdan, yenə yaşar bu dövranda.

Yenə nurlu baxışları gəzər xoş gün sorağında,

İnsanlığın həyat eşqi gülümsəyər dodağında.

Best coffeeshop in Berlin