Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Daha bir snayperimiz AÇ-da fərqlənib

Fransanın Şatroru şəhərində stend və güllə atıcılığı üzrə keçirilən və Azərbaycan snayperlərinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Çempionatda daha bir təmsilçimiz dəqiq atışları ilə mükafatçılar sırasında yer alıb. Bu dəfə isə standart tapançadan 25 metr məsafəyə atəş açan Xanna Əliyeva fərqlənib. Qeyd edək ki, 560 xal toplayan snayperimiz yalnız macarıstanlı iki idmançıdan geri qalmaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.

Xatırladaq ki, AÇ-nin əvvəlki günlərində isə dairəvi stend atıcılığı üzrə qarışıq qoşa yarışda  Niyaz Ağazadə və Riqina Meftahəddinova cütlüyü uğurla çıxış edərək bürünc medal qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin