Azərbaycan 6 medalla AK-da birinci olub
Süleyman Şükürovla Ramzan Əhmədov AK-in qızıl medalını qazanıb
Şimali Makedoniyanin paytaxtı Skopyedə gənc cüdoçular arasında keçirilən Avropa Kubokuna bu gün yekun vurulub. Qeyd edək ki, start günü 4 (2-1-1) medal qazanan Azərbaycan komandası iki günlük turnirin son günündə daha iki qızıl medal qazanıb. Bununla da, yiqmamizin aktivindəki medalların sayı 6-ya (4-1-1) çatıb. Bu nəticə ilə Azərbaycan komandası medal sayına və əyarına görə komanda hesabında birinci yeri tutub.
Yeri gəlmişkən, son gündə qazanılan qızıl medallar Süleyman Şükürovla (81 kq) Ramazan Əhmədovun (+100 kq) payına düşüb.
Xatırladaq ki, turnirin ilk günü cüdoçularımızdan Nahid Məmişov (60 kq) və Əbil Yusubov (73 kq) qızıl, Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayevsə (66 kq) bürünc medal qazanıb.
İNTİQAM Məmmədov


