Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır
DQS- nin Səbail mərhələsi Bakıda keçirilən 3x3 baskebtolu üzrə Dünya Qadın Seriyasının daha bir mərhələsinə Azərbaycan millisi ev sahibliyi edəcək. Söhbət 23-24 avqust günlərində paytaxt Bakının "Fəvvarələr meydan"ında baş tutacaq Səbail mərhələsindən gedir. ABF-dan verilən məlumata görə, iki günlük yarışda 13 milli və 3 klub mübarizə aparacaq.
Yığmalar sırasında Azərbaycan, Çexiya, Polşa, Hollandiya (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benim və Latviya, klublardan isə "Zaqreb" (Xorvatiya), "Şamxay" (Çin) və "CS Rapid" (Rumıniya) yer alıb.
Oyunlar paytaxt Bakıdakı "Fəvvarələr meydanı"nda keçiriləcək.
Komandamız heyətinə Erika Kartier, Aleksandra Mollenxauer, Brianna Freyzer və Dina Ulyanova daxildir.
İNTİQAM Məmmədov


