Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Basketbol üzrə U-18 millimiz AÇ-nin B dvizionunda qalıb

İyulun 25-dən avqustun 3-dək Rumıniyanın Pteşti şəhərində eyniadlı arenada 18 yaşlı (U-18) oğlanlar arasında basketbol üzrə Avropa çempionatının B divizionunun oyunları keçirilib. Çempionatda baş məşqçisi Anar Sarıyev olan Azərbaycan millisi də iştirak edib. Təəssüflər olsun ki, yığmamız yer aldığı qrupda keçirdiyi bütün oyunlarda məğlubiyyətlə üzləşib. Ştatda Ev sahibinə 34:60, ardından Ukraynaya 67:71, Gürcüstana 66:82, Portuqaliyaya 54:68 və Danimarkaya 54:62 hesabla uduzan millimiz sonda İrlandiya komandası ilə qarşılaşıb. Qeyd edək ki, 2026-ci ildə də mübarizəni B dvizionunda davam etdirmək hüququ erən bu görüşdə millimiz əlavə vaxtda qalib gələ bilib - 62:57. 

Bununla da Azərbaycan komandası 2026-ci ildə yenə də AÇ-nin B dvizionunda oynamaq imkanı əldə edib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin