Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qızlardan ibarət U-20 millimiz DÇ-ya Bolqarıstanda hazırlaşacaq 

20 yaşlı (U-20) qızlardan ibarət Azərbaycan yığması qarşıdakı dünya çempionatına hazırlıq məqsədi ilə avqustun 5-də Bolqarıstanın paytaxtı Sofiyaya yollanacaq. Komandamız "Diana" idman kompleksində Bolqarıstan və Fransa komandası ilə birgə toplanışda olacaq. TMT avqustun 20-dək davam edəcək. Toplanış bitən günü yiqmamiz Sofiyadan birbaşa dünya çempionatının keçiriləcəyi Samakova şəhərinə yollanacaq.

AGF-dən verilən məlumata görə, baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında bu toplanışa Gunay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadədən (72 kq) ibarət trio qatılacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin