Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakı istintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

AZpress.AZ xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həbs olunmuş şəxs Ramil Mərdan oğlu Talıblıya qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki ədəd kartofun içərisində xüsusi üsulla gizlədilmiş bir ədəd mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Best coffeeshop in Berlin