Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boks üzrə millilərimiz Şamaxıda toplaşıb

Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət boks üzrə yığma komandası qarşıdakı dünya çempionatına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışının (TMT) növbəti mərhələsinə başlayıb. ABF-dan verilən məlumata görə, hər iki komandanın toplanışı Şamaxıda təşkil edilib. Qeyd edək ki, 10 gün davam edəcək TMT-yə 20 boksçu cəlb edilib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin